Həyatın Özü by Orkhan Zeynalli Lyrics

Looking for the Azerbaijani lyrics to “Həyatın Özü” by Orkhan Zeynalli from the album 2009-2015 Singles (2014)? More than 120 people have already found the lyrics of the song for karaoke, the notes of the melody to the song, the official video and clip of the song “Həyatın Özü”.

Həyatın Özü az Lyrics [Orkhan Zeynalli]
Həyatın Özü Azerbaijani Lyrics Album 2009-2015 Singles

Quote from the song “Həyatın Özü” by Orkhan Zeynalli


Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq
Danışmaq çətindirsə? Gəl yazaq
Sehirli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza

LyricsWord.com

Can you finish lyrics of the song “Həyatın Özü” based on this quote?

If you can't then the lyrics will be below ...



Həyatın Özü lyrics [Orkhan Zeynalli]

Orkhan Zeynalli: Həyatın Özü Lyrics






Official Music Video Song “Həyatın Özü”

Orkhan Zeynalli - “Həyatın Özü” (Official Video Clip)

This video clip of Orkhan Zeynalli will answer the following questions:

  • What song samples Həyatın Özü?
  • Where is Həyatın Özü music video clip?
  • Who was in the Həyatın Özü official music video?
  • Who sang the popular song Həyatın Özü?
  • What is the meaning of the song Həyatın Özü?

Credits, Cast & Crew of Song “Həyatın Özü”

  • Featuring: Tomris
  • Written: Orkhan Zeynalli, PRoMete
  • Release Date: December 1, 2014

Həyatın Özü lyrics credits, cast, crew of song

Credits, Cast and Crew of Samples: Həyatın Özü lyrics




Perfect Lyrics of the Song “Həyatın Özü” Released in 2014

[Favorite Song Lyrics: song “Həyatın Özü” with perfect lyrics for karaoke]

[Bənd 1]

[Orkhan Zeynalli]

Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq
Danışmaq çətindirsə? Gəl yazaq
Sehirli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza

Unutmaq, xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?
Ayağım səhv, hər addım atdıqca, növbəti hərf
Dəyişir alın yazımda, susur göylər çünki edir sərf

Yuduqca sən hər sahili? Dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili
Dövranı yenə də sevməz? əgər diriltsələr Sabiri

Bu sevgi sağ idi? onu yaşatmaqçün sən yarandın
İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür
Görəsən işlədərmi sevgililər “həyatım” sözün
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!

[Nəqərat]

[Tomris]

Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

[Bənd 2]

[Orkhan Zeynalli]

Yenə sən getdin, yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən

Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən
Həqiqəti tap misralarda, mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərlə danışanda
Dedi xəstəlikdir təklik, al bu mələyi dərmandır sev

Edəndə hər anda bəhs, içilən hər and əbəs
Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv
Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs
Çatmasa diriltməyə məni bəsdir “oyan canım” - desən

Bu qəlbi yaxşı tik sevginlə, qorxma yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə də sevərəm olmaq sənlə mənə haram desə

[Nəqərat]

[Tomris]

Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol

[Bənd 3]

[Orkhan Zeynalli]

Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz

Hərdən səni incidəndə sevilmək
Pərdəni salıb arxamı çevirmək
Tərk etsəm də bəlkə boşluq yaranmaz
Get, narahat olma, bu yollar bağlanmaz

[Nəqərat]

[Tomris]

Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz